Orta şərq » Əhmədinejadın İrəvana səfəri niyə təxirə düşdü?

İran İslam Respublikasının prezidentinin Ermənistana səfərinin ləğvi haqqında sensasyon məlumat yayılıb

İslam-Azeri.az İnternet qəzetinin İranın "Fararu.ir" saytına istinadən verdiyi xəbərə görə, Mahmud Əhmədinejadın İrəvana səfərinin təxirə düşməsinin əsil səbəbi başqa məsələ olub.

Bu haqda "Fararu.ir" saytına adının açıqlanmasını istəməyən dövlət rəsmisi məlumat verib.

Məlumatda bildirilir ki, Mahmud Əhmədinejadla Ermənistana səfərə gedəcək iki dövlət rəsmisinin İrandan çıxmasına qadağa qoyulub.

Bu kəslərin kim olduğu isə, sayt tərəfindən açıqlanmır.

Lakin ilkin ehtimallara görə, bu şəxslərdən biri Prezident müşaviri Rəhim Məşaidir.

Qeyd edək ki, İran Prezident adminstrasiyasının nümayəndəsi Məhəmməd Həsən Salehi səfərin təxirə düşməsilə bağlı ilk açıqlama vermişdi.

Səfərin təxirə düşməsinin səbəbi isə, İran Prezidentinin səfər zamanı imzalaması lazım olan sənədləri qarşı ölkənin hələ də hazır etməməsi ilə bağlı olduğu önə çəkilirdi.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!