İki ölkə sərhədində toqquşmada 20 nəfər ölüb
Suriya-İsrail sərhədindəki Qolan yüksəkliyində ötən gün baş vermiş toqquşmalardan sonra İsrail əsgərləri sərhəddə nəzarəti gücləndiriblər. İsrail hərbçilərinin sərhədi keçməyə çalışan yüzlərlə fələtsinliyə atəş açması nəticəsində 20 nəfər ölüb, 220 nəfər yaralanıb. Qəzza zolağının "HƏMAS"-ın nəzarəti altında olan hissəsində öldürülənlər "Fələstin şəhidləri" adlandırılıb və hökumət 3 günlük matəm elan edib-"ANS PRESS" "Accociated press" agentliyinə istinadən xəbər verir.
Suriya-İsrail sərhədində bu səhərdən hələlik sakitlik hökm sürür. Qeyd edək ki, İsrail toqquşmaların baş verdiyi Qolan yüksəkliyini 1967-ci ildə Suriyadan işğal edib.
İsrail Suriya hökumətini həmin ölkədə baş verən hadisələrdən diqqəti yayındırmaq məqsədilə sərhəddə çaxnaşma yaratmaqda ittiham edib. "Bu, Suriya rejiminin xəbəri olmadan baş verə bilməzdi, Suriya hökuməti, görünür ki, ölkəsində üzləşdiyi ciddi problemdən diqqəti yayındırmaq məqsədilə sərhəddə gərginlik yaratmaq qərarına gəlib."- İsrail hökumətinin mətbuat xidmətinin nümayəndəsi Mark Reqev belə deyib