Yaxın şərq » İsraildə Fələstinə dəstək mitinqi keçirilib

 

Təl-əvivdə 1967-ci il müharibəsinin ildönümü ilə əlaqədar nümayiş keçirilib

İsrailin paytaxtı Təl-əvivdə Fələstinlə sülh cəhdlərinin artırılması tələbi ilə nümayiş keçirilib. Minlərlə İsrail vətəndaşı hökuməti ABŞ prezidenti Barak Obamanın 1967-ci il müharibəsinədək olan sərhədlər çərçivəsində Fələstinlə sülh danışıqlarının başlaması təklifini nəzərə almağa çağırıb. Nümayişçilər üzərində «67-ci il», «Fələstin dövləti İsrailin marağındadır!», «İki xalq iki dövlət deməkdir!» kimi ifadələr yazılmış plakatlar tutublar-"ANS PRESS" "Accociated press"ə istinadən xəbər verir.

Qeyd edək ki, bu gün İsraildə 1967-ci il müharibəsinin 44-cü ildönümüdür. 6 gün davam edən müharibə nəticəsində İsrail ərəb koalisiyasını məğlub edərək Qəzza Zolağı və İordan çayının qərb sahilində fələstinlilərin məskunlaşdığı əraziləri tutub. Fələstinlilər bu günü tərcümədə «məğlubiyyət» mənasını verən «naksa» adlandırırılar.

Bu günlə əlaqədar Fələstin təşkilatları İsrail ərazisinə keçmək cəhdləri həyata keçirəcək. Bu səbəbdən İsrail hərbçiləri xüsusən də Livan və Suriya ilə sərhəddə nəzarəti cgücləndirib və əlavə nəzarət qüllələri quraşdırıb. İsrail rəhbərliyi Suriya və Livana rəsmi xəbərdarlıq göndərərək ölkənin suverenliyinin müdafiəsi üçün bütün mühüm tədbirlərin görülməsinə hazır olduğunu bəyan edib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!