"Ancaq lazım olsa güc istifadə edərik"
İnsanı Yardım Vəqfin (İYF) İsrailin blokadasında qalaraq ağır günlər yaşayan Qəzza sektoruna iyunun ayının sonunda yeni bir gəmi karvanı göndərməyə hazırlaşdığını bəyan edib. İYF rəhbərliyi bildirib ki, İsrail karvana"yenidən hücum etməyə cəsarət edə bilməyəcək və böyük bir səhvi təkrarlamayacaq". Buna cavab olaraq İsrailin baş naziri Binyamin Netanyahu donanmanın əmrlərinə tabe olmayaraq Qəzza sahilinə yaxınlaşanlara qarşı güc istifadə edəcəklərini söyləyib.
İsrailin əvvəlcə flota maneə törətmək üçün diplomatik yolları seçəcəyini söyləyən Netahyahu deyib: "Ancaq lazım olsa güc istifadə edərik".
İsrail qəzeti "Haaretz" də 15 gəminin iştirak etməsi gözlənilən ikinci karvanın böyük olmasını nəzərə alan İsrail donanmasının ehtiyatdan yeni əsgərlər səfərbər etdiyini yazıb.
Qeyd edək ki, keçən ilin bu günlərində İsrailin hərbi-dəniz qüvvələri Qəzzaya yardım aparan gəmi karvanına hücum etmiş, "Mavi Mərmərə" gəmisində qətliam törədərək 9 Türkiyə vətəndaşını öldürmüşdü. /Yeni Müsavat/