1432-ci ilin Rəcəb ayı hilalının xüsusiyyətləri ilə bağlı önəmli məlumat
İslam dünyasının ali məqamlı mərcəi-təqlidlərinin nəzarətində olan "İstihlal mərkəzi"nin (qəməri ayların hilalının görünməsi ilə bağlı araşdırmalar aparan elmi-praktiki mərkəz) mütəxəssisləri, 1432-ci il (cari ilimiz) Rəcəb hilalının görünməsi ilə bağlı xüsusi açıqlama ilə çıxış etmişlər-"deyerler" xəbər verir. Mərkəzin öz saytında yerləşdirdiyi həmin açıqlamada bildirilir ki, hicri-qəməri tarixilə 1432-ci il Cəmadüəs-sani ayının 29-da (2 iyun 2011-cu il) şam vaxtında optik vasitələrdən istifadə etməklə Rəcəb ayının hilalının görünmə ehtimalı var.
Beləliklə, bu mütəxəssis rəyinə əsasən bildirilir ki, 3 iyunun (CÜMƏ GÜNÜ) Rəcəb ayın 1-i olması ehtimalı mövcuddur.
Qeyd edək ki, məşhur müctehidlərdən Ayətullah Xameneyi optik cihazlarla ayın görünməsini kafi hesab edər. Digərləri isə adi gözlə görünməsini şərt edirlər. Təbii ki, yəqinlik yaradacağı təqdirdə optik cihazların məlumatına əməl etmək olar.