Muammar Qəzzafi onun istefasını tələb edən nümayişçilərə qarşı qətliamı dayandırmağa və eyni zamanda Liviyadan qaçmağa hazırlaşır
Lakin bundan öncə Muammar Qəzzafi özü və ailəsi üçün beynəlxalq təhlükəsizlik təminatı almağa çalışır, - "Deyerler" “Gazeta”ya istinadən xəbər verir.
“Qəzzafinin oğlu Seyf əl-İslam Liviyada yaranmış böhranın aradan qaldırılması, habelə Qəzzafinin və ətrafındakıların təhlükəsiz şəkildə hakimiyyətdən getməsini təmin etmək üçün yaradılmış hökumət komissiyasına rəhbərlik edir”, - deyə Muammar Qəzzafiyə yaxın mənbələrdən “Əl-Şark əl-Ausat” qəzetinə bildirilib.
Qəzetin məlumatına görə, Qəzzafi istefaya getməzdən öncə ona sığınacaq verəcək ölkəni müəyyən etmək və ailə üzvlərindən heç birinin təqib olunmayacağına dair beynəlxalq təminat almaq niyyətindədir.