
Mətbuatda bildirilir ki, Xarman Nümayəndələr palatasında Kəşfiyyat işləri üzrə komitənin ən yaşlı nümayəndəsi olarkən 2005 və 2006-cı illərdə dövlət onun telefon danışıqlarının dinlənməsini təşkil edib. Bununla əlaqədar olaraq 63 yaşlı qadın siyasətçi baş prokuror Erik Xolderə etiraz məktubu göndərmişdi.
Mənbələr bildirirlər ki, ABŞ-ın federal agentliklərinin lentə aldıqları telefon danışıqlarında Xarman İsrail rejiminin xeyrinə casusluqda ittiham olunan lobbiçilər Stiven Rozen və Kita Vaysmana öz köməyini təklif edir və bunun qarşılığında onlar Xarmana Kəşfiyyat komitəsinin rəhbərliyini ələ almağa yardımçı olmaqla qarşılıq verəcəklərini vəd edirlər. "Dəyərlər"