3 gün əvvəl 1967-ci il sərhədlərini açıqca müdafiə edən ABŞ prezidenti başqa cür danışıb
ABŞ prezidenti Barak Obama İsrailin ən böyük lobbilərindən olan "Amerikan-İsrail-ictimai münasibətlər" komitəsində çıxış edib. 313news.net-in "timeturk" saytına istinadlı xəbərinə görə, Obama ölkəsinin İsraillə münasibətlərini "qırılmaz və dəmir kimi möhkəm" adlandırıb. ABŞ prezidenti 3 gün əvvəl İsrail baş naziri ilə görüşdə dediyinin əksinə olaraq, bildirib ki, tərəflər ərazi məsələlərində qarşılıqlı razılaşma əldə etdikdən sonra sərhədlər çəkilməlidir. O, 1967-ci il sərhədləri ilə bağlı dediklərinin səhv başa düşüldüyünü deyib.
Xatırladaq ki, bir neçə gün öncə İsrail baş naziri ilə görüşən Barak Obama müstəqil Fələstin dövlətinin 1967-ci il sərhədlərində yaradılmalı olduğunu açıq şəkildə bəyan etmişdi.