ABŞ-ın ən yaxın müttəfiqi İraqı tərk edib
İraqda səkkiz illik işğalçı fəaliyyətdən sonra nəhayət ki, ötən gün Böyük Britaniyanın hərbi qüvvələri bu regionu tərk edib, - "Deyerler" “Lenta”ya istinadən xəbər verir.
2003-cü ildə İraqın diktator rəhbəri Səddam Hüseynin əlində kütləvi qırğın silahının olması barədə iddialarla ABŞ, Böyük Britaniya və onların bəzi Qərb müttəfiqlərinin hərbi hissələri İraqa yerilidilib. Regionda apardıqları işğalçı əməliyyatlar nəticəsində indiyə qədər yarım milyona qərəd dinc iraqlı həyatını itirib, yüzminlərlə insan isə yaralanıb.
Bu müddət ərzində ümumi 46 min britaniyalı hərbçidən 179-u həyatını itirib. Britaniya qoşunlarının böyük hissəsi İraq ərazisini 2009-cu ilin iyulunda tərk edib. Onların yalnız kiçik hərbi bölməsi İraqın Umm-Qəsrə əyalətində qalmışdı.