Yaxın şərq » Netanyahuya təzyiq edin-Mahmud Abbas
Mahmud Abbas

Fələstin lideri ABŞ-ın İsrailə təzyiq etməsini istəyir

Fələstin rəhbəri Mahmud Abbas İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ prezidentli ilə görüşdə verdiyi açıqlamaya münasibət bildirib. Belə ki, Netanyahu İsrailin 1967-ci il sərhədlərini qəbul etməyəcəyini bilirib. 313news.net-in "timeturk" saytına istinadlı xəbərinə görə, Mahmud Abbas Netanyahunun bu bəyanatını beynəlxalq hüququn rədd edilməsi kimi dəyərləndirib. Abbasın nümayəndəsi Nəbil Əbu Rudeynə qeyd edib ki, Mahmud Abbas Obamadan və yaxın şərq dördlüsündən (AB, ABŞ, BMT və Rusiya) İsrailin işğal etdiyi ərazilərdən çəkilməsi üçün Netanyahuya təzyiq etmələrini istəyib.

Abbasın sözcüsü həmçinin HƏMAS-la ittifaq məsələsində İsrailin mövqeyinə də fikir bildirib. Abbasın bunu "qəbul edilməz müdaxilə" hesab etdiyini deyib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!