Yaxın şərq » İsrail Knesseti qondarma “erməni soyqırımı”nı məsələsini açıq müzakirəyə çıxarır

İsrail parlamenti - Knesset mayın 18-də qondarma “erməni soyqırımı”nın tanınması məsələsini təhsil komissiyasına göndərməyi qərara alıb

Komissiyada bu məsələ açıq müzakirə olunacaq. İclasda iştirak edən 20 deputat, həmçinin hökumət nümayəndələri yekdilliklə bu qərarı bəyəniblər.

Bu barədə SalamNews Türkiyə mətbuatına istinadən xəbər verir.

Bundan əvvəl Knesset məsələnin müdafiə və xarici əlaqələr üzrə komissiyasında müzakirəyə çıxarmağı qərara almışdı. Burada isə iclas bağlı qapılar arxasında keçirilir.

Əvvəllər hər il bu mövzunun müzakirəsi xarici işlər və müdafiə üzrə komissiyasına tapşırılır, bu komissiya isə müzakirəni təxirə salırdı.

“İndi isə iclasın bütün iştirakçıları, o cümlədən Knesset rəhbəri bu məsələnin açıq müzakirə olunmasını dəstəkləyib və qeyd edilib ki, Türkiyə ilə münasibətlər İsrailin tarixi həqiqətləri qəbul etməməsinə səbəb göstərilməməlidir”, - deyə “Armenia Today” yazır.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!