Çexiya Respublikasının prezidenti Vatslav Klaus mayın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb
Çexiya Respublikasının Prezidenti Vatslav Klausu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Milli geyimli uşaqlar Çexiya Prezidentinə və xanımı Liviya Klausovaya gül dəstəsi təqdim ediblər.
Hava limanının ali qonaqlar üçün salonunda prezident Vatslav Klaus və baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub. /APA/