Sərkisyan Azərbaycanı növbəti işğalla hədələyib
Ermənistan prezidenti Serj Sərkisyan Rusiyanın “Moskovskiye novosti” qəzetinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən danışıb.
“Qarabağ probleminin ideal həllini necə görürsünüz” sualına cavabında prezident deyib: “Problem yalnız kompromis əsasında həll oluna bilər. Bütün bu illər ərzində biz kompromis əldə etməyə çalışmışıq. Amma qırmızı xətt var: Dağlıq Qarabağ xalqı taleyini özü müəyyən etməli, tarixi vətənində təhlükəsiz inkişaf etmək imkanı qazanmalıdır”.
“Media forum” saytının məlumatına görə, münaqişənin tənzimlənməsinə ATƏT-in Minsk qrupunun vasitəçilik etdiyini xatırladan Serj Sərkisyan Madrid prinsiplərindən söz açıb: “Bu prinsiplər güc tətbiq etməmək, ərazi bütövlüyü və xalqın öz müqəddəratını müəyyən etməsindən ibarətdir. Bu sənəd danışıqları davam etdirməyə və böyük sülh müqaviləsinin hazırlanmasına başlamağa imkan verir. Azərbaycan uzun zaman fikirləşdikdən sonra “hə” cavabı verdi. Amma nədənsə Bakı bu prinsipləri özünəməxsus başa düşür. Azərbaycan rəhbərliyi həmişə müharibə etməklə hədələyir. Bu isə ilk prinsipin pozulması deməkdir. Ərazi bütövlüyü prinsipi bizə də, onlara da aydındır. Öz müqəddəratını təyin etmə hüququnu isə Bakı yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində anlayır. Bu, primitiv yanaşmadır.
Nə qədər ki, Azərbaycan bu prinsipin mənasını anlamayıb, məsələni həll etmək çətin olacaq. Qarabağ öz müstəqilliyini qanlı müharibədə, çətin vəziyyətdə saxlaya bilib. Bundan imtina ediləcəyini düşünmək sadəlövhlük olardı. Əgər iki ölkə ərazi bütövlüyü prinsipini müxtəlif şəkildə anlayırsa, xəritədə sərhədləri müxtəlif cür cızırsa, irəliləyiş mümkün deyil”.
Hərbi əməliyyatların başlanması riski haqda sualı cavablandıran Serj Sərkisyan deyib: “Azərbaycanın danışıqlar prosesini uzatmasını heç cür anlaya bilmirəm. Yəqin ki, onun uyğun bir vaxtda yeni hərbi avantüraya başlamaq üçün güc toplamaq planları var. Hadisələr iki ssenari üzrə davam edə bilər. Birincisi, total müharibə və Dağlıq Qarabağın işğalı. Bu isə yalnız onun xalqının tam məhv edildiyi halda mümkündür. İkincisi, Azərbaycanın məğlubiyyəti, onun yeni ərazilər itirməsi. Azərbaycan daha çox rayon itirə bilər. Sonra nə olacaq? Yenə barışıq, razılaşmalar, atəşkəsin pozulması, yeni müharibə. Bu ssenarilərin gələcəyi yoxdur”.
“Ermənistan Dağlıq Qarabağı tanıya bilərmi” sualına Serj Sərkisyan belə cavab verib: “Bu sual həmişə verilir. Biz danışıq aparırıq, Dağlıq Qarabağın tanınması isə danışığın kəsilməsi deməkdir. Hər halda danışıqları davam etdirmək daha yaxşıdır”.
/Media forum/