Danışıqlar Vaşinqtonda baş tutub
Ağ Ev rəsmiləri ilə Liviya müxalifətinin formalaşdırdığı Müvəqqəti Keçid Şurasının nümayəndələri arasında baş tutan danışıqlardan sonra, Birləşmiş Ştatlar Liviya hökumətini tanımaqdan imtina edib, - "Deyerler" “Lenta”ya istinadən xəbər verir.
Danışıqlar Vaşinqtonda baş tutub. Amerika tərəfindən görüşlərdə ölkə prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Tom Donilon iştirak edib.
Görüşün nəticəsi olaraq Ağ Evin yaydığı bəyanatda bildirilir ki, Donilon Milli Keçid Şurası etimad qazanan həmkar kimi qəbul etsə də, dipolmatik səviyyədə bu Şura tanınmır.