Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin həyat yoldaşı Suzan mayın 13-də istintaq çərçivəsində 15 sutkalıq həbs edilib
Ona qarşı iqtisadi cinayətlər üzrə ittiham irəli sürülüb. SalamNews “RİA Novosti”yə istinadən xəbər verir ki, Suzan Mübarək dindiriləndən sonra saxlanılıb.
Misirin keçmiş prezidenti Hüsnü Mübarək mayın 12-də axşam üç saatdan çox ölkənin Ədliyyə Nazirliyi yanında iqtisadi cinayətlər üzrə komitənin müstəntiqlərinin suallarına cavab verib. Bundan sonra onun həbs müddətinin daha 15 gün artırılması barədə qərar çıxarılıb.
Mübarəki və onun yaxınlarını qeyri-qanuni varlanmaqda və xidməti vəzifələrindən sui-istifadə etməkdə ittiham edilirlər.