Fələstinin FƏTH təşkilatının rəhbəri Mahmud Abbas, təşkilatın rəhbərliyindən getmək qərarına gəlib
O, təşkilat rəhbərliyinə yeni namizədlər axtarmağı təklif edib, - "Deyerler" “MigNyus”a istinadən xəbər verir.
Rəmallada FƏTH üzvləri ilə görüşən Abbas bildirib ki, milli birlik hökuməti müstəqil və xalqın tanınmış xadimlərindən ibarət olacaq.
Abbasın sözlərinə görə, bu gün yeni formalaşdırılmış hakimiyyətin əsas vəzifəsi, Qəzzanın bərpa edilməsi və seçkilərə hazırlığın görülməsidir. Fələstindən yığılan vergiləri İsrailin mənimsəməsinə işarə edən Abbas əlavə edib ki, fələstinlilər İsrail rejiminin bu təzyiqlərinə də tab gətirəcək.