Silah » Azərbaycan hərbi gəmi istehsal edəcək

2013-cü ildən sonra Silahlı Qüvvələr üçün milli hərbi gəmilərin istehsalına başlanılacaq

“2013-cü ildən sonra Azərbaycanda Silahlı Qüvvələr üçün milli hərbi gəmilərin istehsalına başlanacaq”. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib-APA xəbər verir.

O, Bakıda Gəmi Tikinti Zavodunun inşa olunduğunu bildirib: “Hazırda zavod inşa olunur. Bu zavod müxtəlif mülki gəmilərlə yanaşı, Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsi üçün tələb olunan hərbi gəmilərin istehsalını da həyata keçirəcək”.

Bu günə qədər ARDNŞ-in balansından Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi üçün 5 ədəd “neft-qaz” tipli gəmilərin verildiyini söyləyən R. Abdullayevin sözlərinə görə, bu gəmilər hətta okeanda belə iş qabiliyyətinə malikdir: “Həmin gəmilər ARDNŞ-in Gəmi Təmiri Zavodunda hərbçilərin istəyinə uyğun təmir olunub və istifadəyə verilib”.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!