Analitika və müsahibə » Bu gün Fatimeyi-Zəhranın (ə) şəhadət günüdür

Cəmidus-sani ayının 3-ü xanımlar xanımının şəhadət günüdür

Xanım Zəhra (s.ə) besətin 5-ci ili, cəmadis- sani ayının 20- də dünyaya göz açmışdır. Bu zaman Peyğəmbərin (s) 45 yaşı var idi. İmam Sadiq (ə) və İmam Baqir (ə) –dan nəql olunan rəvayətdə deyilir: Həzrəti Zəhranın (s.ə) anası xanım Xədicə olmuşdur. Peyğəmbər (s) özünün merac gecələrinin birində ona təklif olunan cənnət meyvələrindən olan təzə xurma və üzümdən meyl etmişdir. Allah- Taala həmin behişt meyvələrini Peyğəmbərin (s) sülbündə nütfəyə çevirmişdir. Nəticədə həzrət (s) meracdan qayıtdıqdan sonra xanımı Xədicə (s.ə) bir yatır və beləliklə Fatimənin (s.ə) nuru Xədicənin bətnində cilvələnir. Buna görədə xanım Fatiməni (s.ə) "Həvraul insiyyə"də adlandırıblar. Bununda mənası xanım Zəhranın (s.ə) insan ola- ola behişt hurilərindən sayılması deməkdir. Beləki Peyğəmbər (s) hər zaman cənnət ətrini arzulasaydı, onun və tuba ağacının ətrini Fatimədən (s.)alardı.

Peyğəmbərin (s) vəfatından üç ay keçər- keçməz onun cigərparası Həzrəti Zəhra (s.ə) da bu fani dünyadan gedəsi oldu. Həzrəti Əlinin (ə) güclə beyət etdirmək üçün evinə hücum çəkmiş dəstə qapının bağlı olduğunu görüb evə soxulmaq istədi. Qapının arxasında dayanıb gələnlərə nəsihət etmək istəyən xanım Zəhranın (s.ə) sanki heç Peyğəmbər qızı olmasına məhəl qoymayan bu inadkar dəstə qapını yandirmaq qərarına gəldi. Az sonra isə yarıyanmış qapını vurub sındıraraq içəri daxil olanlar qapı arxasında ölümcül vəziyyətdə yıxılıb qalmış, bətnindəki Möhsünü siqt olmuş Zəhranın (s.ə) ah- naləsinə də fikir vermıdilər. Beləliklə, xanım Zəhra (s.ə) dörd (beş) məsum körpənin anası yanıq qapı mismarının sinəsini dəlməsi qabırğasının sınması və aldığı digər ağır yaralar nəticəsində 18 yaşındaykən əziz atası Peyğəmbərə (s) qovuşdu.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!