İraq yenə səhəri qanla açıb
İraqın cənubundakı Hillə bölgəsində ötən gün səhər saatlarında baş verən terror aktı nəticəsində ən azı 30 nəfər həlak olub, - "deyerler" "euronews"a istinadən xəbər verir. Bomba yüklü avtobusla həyata keçirilən terror aktında 51 nəfər də yaralanıb. Ölkə rəsmiləri ölən və yaralananların əksəriyyətinin polis olduğunu bildiriblər.