Dünyada » ABŞ Pakistanı yenə vuracaq

Ağ evin sözcüsü Cey Karni Bin Ladenin zərərsizləşdirilməsi əməliyyatının qanuni və effektli olduğunu bildirib

Pakistan rəhbərliyi Abbotabad şəhərində həyata keçirilən və dünyanın bir nömrəli terrorçusu Üsamə Bin Ladenin zərərsizləşdirilməsi ilə nəticələnən əməliyyatı icazəsiz və birtərəfli addım adlandırsa da, ABŞ hökuməti onun qanuniliyində israrlıdır. Ağ Evin mətbuat katibi Cey Karni ABŞ və Pakistan arasında mürəkkəb və əhəmiyyətli münasibətlərin mövcudluğunu vurğulayaraq “Əl-Qaidə” ilə mübarizədə birgə əməkdaşlığın zəruri olduğunu deyib. Cey Karni ABŞ-ın Pakistanla danışıqları davam etdirdiyini, bununla belə, analoji əməliyyatları gələcəkdə də həyata keçirmək hüququnu özündə saxladığını bildirib. O, bunun hələlik bir ehtimal olduğunu desə də, bu metodun tam effektli və qanuniliyini də vurğulayıb-ANS PRESS "Accociated press"ə istinadən xəbər verir.

Qeyd edək ki, Əl-Qaidə lideri Bin Laden mayın 2-nə keçən gecə Pakistanın Abbotabad şəhərində gizləndiyi evdə ABŞ-ın xüsusi təyinatlı dəstələri tərəfindən öldürülüb. Əl-Qaidə liderinin öldürülməsi faktını prezident Barak Obama təsdiqləsə də, bunu təsdiqləyən hər hansı fotoşəkil və ya video görüntünün yayımlanmayacağını bildirib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!