Taliban hərəkatı Üsamə bin Ladenin öldürülməsinə görə qisas alacağını açıqlayıb
APA-nın “Frans Press” agentliyinə istinadən verdiyi məlumata görə, Pakistandakı Talibanın nümayəndəsi Ehsanullah Ehsan ABŞ və Pakistanın hökumət və təhlükəsizlik xidmətlərinə hücumlar təşkil edəcəklərini bildirib. O deyib ki, ilk hədəf Pakistan prezidenti Asif Əli Zərdari və ordu nümayəndələri olacaq: “Amerika bizim ikinci hədəfimiz olacaq”.
E. Ehsan ABŞ və Pakistan hökumətlərini islamın düşmənləri adlandırıb.