Diktator sülh istəyir
Liviyanın diktator rejiminin rəhbəri Muəmmar Qəzzafi televiziya vasitəsilə NATO qüvvələrinə müraciət edib və onları danışıqlara çağırıb, - “Lenta” xəbər verir.
Qəzzafinin sözlərinə görə, Liviya hakimiyyəti barışığa hazırdır, lakin bu barışıq birtərəfli olmalı deyil. O qeyd edib ki, NATO-nun fəaliyyəti BMT mandatından kənara çıxıb. Qəzzafi Rusiya, Çin və digər ölkələrə müraciət edərək, onlardan BMT Təhlükəsizlik Şurasına təzyiqlər göstərməyi tələb edib.
“Əgər NATO ilə danışıqlar başlamasa, biz döyüşləri dayandırmayacayıq. Əgər yerüstü əməliyyatlar başlayarsa, onlar məhv ediləcək. Mən ölkədən getməyəcəm və istefa verməyəcəm”, - deyə Qəzzafi vurğulayıb. /deyerler/