Erməni tərəfi Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhə xətti boyu hücuma keçməsi barədə məlumat yayıb
Ermənistan KİV-i Azərbaycanın işğal altındakı ərazilərində bütün cəbhə xətti boyu Azərbaycan Silahlı Qüvvələrinin hücuma keçməsi barədə məlumat yayıb. Məlumatda deyilir ki, ötən gün həyata keçirilən hücum əməliyyatı zamanı 2 erməni əsgər öldürülüb, 1-i yaralanıb.
Qeyd edək ki, Ermənistan tərəfi ötən gecə də əscər Vazgen Baxşişyanın ölməsi barədə məlumat yaymışdı. /ANS/