Yaxın şərq » Həmas Fələstin xalqının bir hissəsidir-Mahmud Abbas
Mahmud Abbas

Fələstin muxtariyyətinin lideri İsrailin "Fəth"lə "Həmas" arasında razılaşmanı inkar etməsinə münasibət bildirib

Fələstin muxtariyyətinin lideri Mahmud Abbas İsrailin "Fəth"lə "Həmas" arasında razılaşmanı inkar etməsindən sonra "Həmas"ı danışıqlardan kənarlaşdırmayacağını bəyan edib. Rəmallahda danışan Mahmud Abbas xarici siyaət üzərində özünün nəzarətini qoruyub saxlayacağını deyib-ANS PRESS "Associated Press"ə istinadən xəbər verir.

"Dünən onlar Qahirəyə getdilər. Bizim nümayəndə heyəti də Qahirəyə dəvət olunmuşdu. Qahirədə "Həmas" Misir sənədini imzaladı. Bu sənəd hökuməti formalaşdırmaq və vaxt təyin etmək üçün idi. Onlar vaxt təyin etdilər. Bu bizim razılığı imzaladığımız tarixdən bir il ərzində olacaq. Bunun 6 ay olması təklif edilmişdi. Amma biz 1 ili qəbul etdik. Bunun heç bir fərqi yoxdur. Amma sonda biz parçalanmaya son qoymalıyıq", deyə M. Abbas bəyan edib.

Mahmud Abbas "Həmas"ı Fələstin xalqının bir hissəsi olduğu üçün onları kənarlaşdıra bilməz.

"Mən dünən onu da eşitdim ki, İsrail baş naziri cənab Netanyahu və xarici işlər naziri cənab Liberman hər ikisi deyiblər ki, Əbu Müəzən İsrial və "Həmas" arasında seçim etməlidir. Mən bu bəyanatı eşitdim. Üç ay öncə mən cavab verdim ki, "Həmas" Fələstin xalqının bir hissəsidir. Mən onları sevib sevməməyimdən, razı olub olmamağımdan aslı olmayaraq onlar bizim xalqın bir hissəsidir. Siz cənab Netanyahu bizim tərəfdaşımızsınız. Biz sizi inkar edə bilmərik. Ona görə də biz ikisi arasında seçim etmədən hər ikisini götürməliyik. Amma xahiş edirəm cənab Netanyahu siz yeni yaşayış məntəqələrində fəaliyyətlə sülh arasında seçim etməlisiniz", deyə Fələstin muxtariyyətinin lideri əlavə edib.

İsrail müdaifə naziri Ehud Barak isə belə hökumətin formalaşacağı təqdirdə bu hökumət ilə danışıqlar aparmağın mümkün olmayacağını və digər ölkələrə də müraciət edərək bu hökumətlə danışıqlar aparmamağa çağıracaqlarını deyib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!