Fəth-HƏMAS razılaşması İslam Respublikasını salsa da, yəhudilər narazıdır
313news.net: Məlum olduğu kimi Fələstinin "Fəth" və "HƏMAS" təşkilatları arasında uzun müddətlik danışıqlardan sonra müvəqqəti birlik hökümətinin yaradılmasının razılaşdırılması xəbəri yayılıb. Bu xəbərə reaksiyalar da özünü gözlətməyib.
Belə ki, məlumatlara görə İsrail tərəfi Fəthi "Ya bizi, ya da HƏMAS-ı seç" təzyiqi altında saxlayır.
İran isə bu sövdələşmədən razılığını ifadə edib. İranın XİN başçısı Əli Əkbər Salehi "Fəth" və "HƏMAS" təşkilatları arasındakı anlaşmanın Fələstin xalqının gələcəyi üçün müsbət addım olduğunu bildirib.