Azərbaycan və MDB » Müəllimə hicabına görə məktəbdən çıxarıldı

Hövsan qəsəbəsi, 196 nömrəli məktəbin müəlliməsi Süleymanova Aygün hicablı olduğuna görə işdən çıxarılıb

Bu barədə İslam-Azeri.az İnternet Qəzetinə müəllimənin özü məlumat verib. Onun sözlərinə görə, Hövsan qəsəbəsində yerləşən M.Bayramov adına 196 nömrəli məktəbin direktoru Ağası Hüseynov "işləmək istəyirsinizsə hicabınızı açın" deyərək onu qanunsuz olaraq işdən azad edib.
Məktəbdə müəllimə işləyən, lakin analıq məzuniyyətində olan daha bir hicablı müəlliməyə isə indidən xəbərdarlıq edilib ki, "Ərizən hazırdır, hicabla gəlsən işdən çıxarılacaqsan. İşləmək istəyirsənsə hicabını açıb gələrsən!"

Hüquqları tapdanmış müəllimə Respublika Prokrorluğana, "Heydər Əliyev Fondu"nun prezidenti Mehriban Əliyevaya, həmçinin Təhsil Nazirliyinə bu barədə müraciət edib. Yalnız Təhsil Nazirliyindən cavab gəlib. Aygün xanımı nazirliyə çağırıblar. Müəllimə nazirliyə getdikdə isə direktor Ağası Hüseynovu orada görüb. Təhsil nazirliyinin məsul işçisi Ağası müəllimlə birlikdə belə bəhanə gətiriblər ki, guya Aygün xanım hansısa müəllimin yerinə müvəqqəti olaraq 3 illik işə götürülübmüş.

Qeyd edək ki, bu hadisə adıçəkilən məktəbdəki ilk özbaşnalıq deyil. Bundan qabaq da müxtəlif bəhanələrlə hicablı xanımın işdən çıxarılma hadisəsi baş vermişdi.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!