NATO aviasiyası Liviya lideri Müəmmar Qəzzafinin Tripolidəki iqamətgahına raket zərbələri endirib
Milli.Az xəbər portalının «Associated Press»ə istinadən verdiyi məlumata görə, iqamətgahın bir hissəsi tamam dağılıb.
Bombardman nəticəsində ən azı 45 nəfər yaralanıb. Onlardan 15-nin vəziyyəti ağırdır.
Qəzzafi hökuməti bəyan edib ki, əməliyyatda məqsəd Qəzzafinin fiziki məhvi olub.