Ən azı 3 nəfərin həlak olduğu bildirilir
Milli.Az xəbər portalı APA-ya istinadən bildirir ki, NATO aviasiyası Liviyanın paytaxtı Tripoliyə zərbələr endirib. Təyyarələrin hücumu nəticəsində 3 nəfər həlak olub. Bu barədə Liviya hökumətinin nümayəndəsi Musa İbrahim məlumat verib.
Verilən məlumata görə, NATO qüvvələri Liviya lideri Müəmmər Qəddafinin iqamətgahı yaxınlığındakı rayonlardan birini atəşə tutublar. Qəddafinin komanda məntəqəsinin yerləşdiyi gücləndirilmiş hərbi kompleksin yaxınlığında güclü partlayış baş verib.