Əl-Əzhar Universitetinin şeyxi Əhməd Təyyib özünün Qahirədəki iqamətgahında Vatikan səfiri Maykl Fitsceraldla görüşüb
SalamNews-un “ABNA”ya istinadən verdiyi xəbərə görə, görüş zamanı Əhməd Təyyib XVI Bendikt qərbdə Quranın və İslam dəyərlərinin təhiqir edilməsinə görə, müsəlman aləmindən üzr istəməyincə Əl-Əzhar və Varikan arasında münasibətlər heç vaxt bərpa olunmayacaq.
Şeyx vurğulayıb: “Üzrxahlıq dinlərarası münasibətlərin bərpası üçün vacib şərtdir. Bu hadisə adi müsəlman və xristianların dostluq münasibətlərinə heç bir təsir göstərmir, lakin Quranın təhqir edilməsi dinlərarası dialoqda və dini dözümsüzlüklə mübarizəyə çox ləkə salır”.
Qeyd edək ki, Qahirədə Əl-Əzhar Universiteti və Dinlərarası Dialoq Üzrə Papa Şurasını birləşdirən birgə komitə yer alır.