Silah » Azərbaycan pilotsuz təyyarələrin istehsalına başlayıb

Bu haqda ölkə prezidenti məlumat verib

"Ölkəmizdə hərbi sənaye potensialı sürətlə inkişaf edir. Mən bu sahəni xüsusilə qeyd etmək istəyirəm. Çünki bu, həm sənaye sahəsidir, eyni zamanda, xüsusi bir sahədir. Burada hər iki məqsəd güdülür. Biz ilk növbədə Azərbaycanın hərbi potensialını daxili imkanlar hesabına gücləndirməliyik". Bu sözləri prezident İlham Əliyev aprelin 12-də Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında deyib.

SalamNews-un məlumatına görə, prezident bildirib ki, vaxtilə Müdafiə Sənayesi Nazirliyi məhz bu məqsədlə yaradılmışdı: "Digər tərəfdən, bu, yeni bir sənaye sahəsidir. Minlərlə yeni iş yeri açılıb, yüksək maaşlar verilir və Azərbaycanda müasir hərbi sənaye məhsulları istehsal olunur. Hazırda Azərbaycanda 430 adda məhsul istehsal edilir. Məqsədimiz ondan ibarətdir ki, biz bu sahədəki işləri ən müasir texnologiyalar əsasında quraq. Mən onların arasında pilotsuz təyyarələrin istehsalını xüsusi qeyd etmək istəyirəm. Bu, ən inkişaf etmiş ölkələrə xas olan istehsal sahələridir. Azərbaycan artıq öz imkanları ilə pilotsuz təyyarələrin ən yüksək səviyyədə istehsalına başlayıb və bu, bizim hərbi gücümüzü böyük dərəcədə artıracaq".

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!