Silah » ABŞ yeni silahlarını Əfqanıstanda sınaqdan keçirir

Amerikan əsgərləri işğal altındakı Əfqanıstanda öldürücü silahlarını sınayırlar

313news.net: ABŞ ordusunun daha əvvəl də Əfqanıstanda gizli silahlardan istifadə etməsi məlumdur. Məsələn, bundan əvvəl minaya qarşı istifadə edilən smart bombalar buna misaldır. Amerika əsgərlərinin Əfqanıstandan sınaq sahəsi kimi istifadə etməsinə daha bir misal son texnoloji yenilik olan atıcıdır.

Bu silahla binalarda və ya sığınacaqlarda gizlənən, obyektivə düşməyən düşmən əsgərlərini məhv etmək mümkündür. Atəş açılanda silahın lüləyindən əl bombası çıxır və düşmənin üzərinə düşərək, müəyyən bir ərazidə partlayış törədir. Silahın markası "XM-25"-dir.

ABŞ ordusu bu silahı Əfqanıstan əməliyyatlarında sınaqdan keçirib, 9 əməliyyatda istifadə edilib. Bildirilir ki, bu silahın köməyilə çətin döyüşlər qısa müddətdə sona çatdırılır. /timeturk/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!