Azərbaycan və MDB » Hacı Zülfüqar Mikayılovun səhhətində ciddi problemlər yaranıb - vəkil
Hacı Zülfüqar Mikayılzadə

Həbsdə olan din xadimi Hacı Zülfüqar Mikayılovun səhhətində ciddi problemlər yaranıb

Bu barədə SalamNews-a onun vəkili Rüstəm Zülfüqarov məlumat verib.

Vəkilin sözlərinə görə, yanvarın 18-dən Bakı İstintaq Təcridxanasında saxlanılan Hacı Zülfiqar Mikayılov qan azlığından, bağırsağındakı çatdan kəskin şəkildə əziyyət çəkir. Onun səhhətində baş vermiş dəyişikliklərlə bağlı müayinə və müalicəsinə ciddi ehtiyac var: "Zülfüqar Mikayılovun hazırkı durumu ilə əlaqədar Baş Prokurorluğa və Bakı İstintaq Təcridxanasına vəsatət göndərilib. Ümid edirəm ki, təcridxana rəhbərliyi vəsatətdəki xahişi nəzərə alacaq”.

Xatırladaq ki, Hacı Zülfüqar Mikayılov Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə ittiham olunur. Onun haqqında Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qəti-imkan tədbiri seçilib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!