Hava zərbələri Liviya qoşunlarına ağır itkilər verib
Milli.Az xəbər portalı "Reuters"ə istinadən bildirir ki, NATO-nun rəsmi nümayəndəsi, briqada generalı Mark van Umun Brüselldə verdiyi açıqlamaya görə, Liviyanın hərbi potensialının 1/3 hissəsi hava zərbələri nəticəsində məhv olunub.
"Söhbət Müəmmar Qəzzafi və ona sadiq qalan qoşunların silah, hərbi texnika, infrastruktur və əmlakından gedir", - van Um deyib.
NATO generalı belə hesablamaların hansı üsulla aparıldığını açıqlamayıb.
Bəllidir ki, britaniyalılar Qəzzafinin qoşunlarına vurulan zərbələrin effektivliyini kosmik peykdən çəkilən şəkillərlə dəyərləndirirdilər.