Hindistan İrana hərbi təyinatlı materialların satışı və alışına qoyduğu qadağanı bir qədər də sərtləşdirib
Milli.Az xəbər portalının BBC-yə istinadən verdiyi məlumata görə, səbəb həmin avadanlıqlardan Tehranın nüvə silahının sitehsalında istifadə edə biləcəyidir.
Hindistan qərarını BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən qəbul etdiyini bildirir.
Maraqlıdır ki, bir müddət əvvəl Hindistan ABŞ və Avropa Birliyinin əlavə sanksiyalarına baxmayaraq, İrana qarşı yeni sankisya tətbiq etməyəcəyini bildirmişdi.