Ya "Həmas" ilə ittifaq, ya da İsrail ilə dinc danışıqlar
Ötən gün Fələstin administrasiyasının və hakim "Fəth" təşkilatının lideri Mahmud Abbas Rəmallahda son iki ildə ilk dəfə olaraq rəqib "Həmas"ın üzvləri ilə görüşüb. Görüşdə məqsəd "Fəth" ilə "Həmas" arasında barışığın əldə edilməsi olub-"ANS PRESS" "Assoşetid press"ə istinadən xəbər verir.
Rəmallahdakı görüşdə "Həmas"ı Abdul Əziz Duaeyk təmsil edib. Son iki il ərzində demək olar ki, ilk görüş olan Rəmallah görüşündə Mahmud Abbasın "Həmas"ın nəzarətində olan Qəzza zolağıba baş çəkərək Baş nazir İsmayıl Haniyə başda olmaqla "Həmas"ın rəhbərləri ilə görüşlər keçirmək təklifi müzakirə olunub.
Görüş zamanı Mahmud Abbas “Nifaqa son qoyaraq milli barışığa nail olmadan paytaxtı Qüds olan bir Fələstin dövlətinin yaradılmasının” mümkün olmadığını deyib. Onun sözlərinə görə, Fələstin xalqının qarşısında duran problemlərin öhdəsindən gəlmək üçün birgə çalışmaq lazımdır.
Görüşdən sonra çıxış edən Fələstin parlamentinin spikeri və "Həmas" üzvü Abdul Əziz Deaeyk görüşün səmimi şəkildə keçdiyini və tərəflərin iki saat ərzində bir çox şeyləri müzakirə etdiklərini deyib.
Xatırladaq ki, görüşdən bir qədər əvvəl isə İsrail baş naziri Benyamin Netanyahu Mahmud Abbasa xəbərdarlıq etmişdi: ya "Həmas" ilə ittifaq, ya da İsrail ilə dinc danışıqlar.