Dünyada » Qəzzafinin 5 təyyarəsi vuruldu
Müəmmər Qəddafi

Sutka ərzində Fransa HHQ Misrata səma üzərində beş G-2 təyyarəsini və iki Mi-35 helikopterini vurub

Məlumatı Fransa Müdafiə Nazirliyi yayıb. SalamNews nazirliyin rəsmi saytına istinadən xəbər verir.

Saytda o da bildirilir ki, vurulmuş təyyarələr və vertolyotlar ərazidə hərbi əməliyyat aparmaq niyyətində olublar. "Tapşırıqların yerinə yetirilməsi zamanı fransız təyyarələri Zintana və Misrata əyalətinə bir neçə aviazərbə endirib. İlkin məlumatlara əsasən, ən azı beş G-2 təyyarəsi və Mi-35 vertolyotu məhv edilib", məlumatda qeyd olunur. Həmçinin aviazərbələrin son günlərdə endirildiyi bildirilir.
Xatırladaq ki, martın 19-u başlayan hərbi əməliyyatlarda 28 dövlət iştirak edir. Əməliyyat NATO tərəfindən idarə olunur. Hazırda əməliyyatın rəhbəri kanadalı general Şarl Buşardır.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!