Yaxın şərq » Xalq kükrəyir, Əsəd əsir
Bəşər Əsəd

 Diktator etiraz edənlərə atəş açdırmaqla yanaşı, xalqa şirin vədlər də verir

Suriyada Bəşər Əsəd rejiminə qarşı çıxan adamlar artdıqca, etirazlar böyüdükcə gənc diktator üsyanı yatırtmaq üçün yollar arayır. O, etiraz edənlərə atəş açdırmaqla yanaşı, xalqa şirin vədlər də verir.

İki gün öncə üsyanın mərkəzi halına gələn Əl Öməri məscidinə təşkil edilən basqında həyatını itirən 9 adamın dəfn mərasiminə dünən 20 min adam qatılıb. "Röyter" agentliyinin xəbərinə görə, Dera şəhərində təşkil edilən mərasimdə iştirak edən 20 min adam qəbiristanlıqda "Azadlıq" və "Şəhidlərin qanı yerdə qalmayacaq" şüarı səsləndirib.

Suriyada başlayan üsyan atəşi dünya gündəmini də məşğul etməyə başlayıb. Fransanın xarici işlər naziri Alan Juppe deyib ki, Liviyada baş verənlər Suriya və Səudiyyə Ərəbistanı da daxil, digər diktatura rejimli ölkələrə xəbərdarlıqdır. Fransız nazir  Suriya rəhbərliyinə "‘demokratik dəyişmə və dialoqa açıq ol" çağırışı edib. İngiltərənin xarici işlər naziri Uilyam Hago da Suriya rəhbərliyini vətəndaşlarının dinc etirazlarına hörmət göstərməyə çağırb.

Vəziyyətin get-gedə ağırlaşdığınə görən Əsəd Suriya xalqına bir sıra vədlər verib. Vədlər aşağıdakı cürdür:

- 48 illik fövqəladə vəziyyət ləğv ediləcək;

- Seçki və siyasi partiyalar haqqında qanun dəyişdiriləcək;

- Mətbuat azad olacaq;

- Maaş səviyyələri və həyat şəraiti yüksəldiləcək.

/ Yeni Müsavat/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!