Yaxın şərq » Netanyahu bombaladığı uşaqlar üçün kədərlənib
Benyamin Netanyahu

İsrailin baş naziri öldürdüyü məsum körpələr üçün "qüssə" duyurmuş

313news.net: İsrail baş nazirliyindən verilən bəyanatda, Benyamin Netanyahu İsrail ordusunun açdığı atəş nəticəsində günahsız mülki şəxslərin öldürülməsinə görə kədərləndiyini ifadə edib-"timeturk" xəbər verir.

İsrail rejiminin baş naziri açılan atəşin HƏMAS-ın israilli mülki vətəndaşlara qarşı açdığı atəşə cavab olduğunu bildirib: "HƏMAS-ın bir tərəfdən mülki vətəndaşları qalxan kimi istifadə etməsi, digər tərəfdən də İsrail vətəndaşlarına yüzlərlə raket yağdırması, həqiqətən kədərləndiricidir". 

Açıqlamada bildirilir ki, İsrailin vəziyyəti gərginləşdirmək fikri yoxdur. Amma İsrail ordusu öz vətəndaşlarını qorumaq üçün qətiyyətli mövqeyini qoruyacaq.

Qeyd edək ki, İsrail ordusunun dünən səhər Qəzzanın şərqindəki  Səccaiyə qəsəbəsinə hücumunda 1 ev hədəfə alınmış, 9 və 16 yaşlarında 2 uşaq da qətlə yetirilmişdi.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!