Küveytdə kiçik bir vəhhabi təşkilatı Əhli-beyt (ə) mərcelərini, o cümlədən İraq müsəlmanlarının mərceyi-təqlidi olan Ayətullah Sistanini təhqir edib
Təşkilat yaydığı bəyanatda Ayətullah Sistaniyə "haham" deyə müraciət edib. "Ümmətin Əsasları" adlanan bu təşkilatın 200 üzvü var. Eyni zamanda iki nümayəndəsi də Küveyt parlamentində təmsil olunur, - "Deyerler" "Tabnak"a istinadən xəbər verir.
Məhz bu iki parlamentari Küveytin baş naziri Nasir Muhəmməd əl-Əhmədin Səudiyyə təhlükəsizlik qüvvələrinə dəstək və nümayişləri yatırmaq üçün Küveyt təhlükəsizlik quvvələrinin Bəhreynə ezam olunmasına rədd cavab verməsini kəskin tənqid edib. Onlar ümumiyyətlə Küveytin Səudiyyəyə birləşdirilməsi təklifi ilə çıxış ediblər.
Öz növbəsində Küveyt parlamentinin üzvlərindən biri bunu fitnə olaraq qiymətləndirərək, bildirib ki, təşkilatın bu addımı və iki parlamentarinin bu çağırışı Küveytdə İslam ümmətinin vəhdəti üçün böyük bir təhlükədir və ixtilafa səbəb olacaq məsuliyyətsiz bir hərəkətdir.