Silah » Türkiyənin saxladığı İran təyyarəsində silah tapıldı

Türkiyənin Xarici İşlər Nazirliyi, İrana aid yük təyyarəsinin Diyarbakırda saxlanılmasıyla əlaqədar açıqlama verib

İslam-Azeri.az İnternet qəzetinin Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, bəyanatda deyilir: "İranın “YAS” hava nəqliyyat şirkətinə aid, İrandan Suriyaya getmək istəyən yük təyyarəsinə Diyarbakıra eniş etmək üçün icazə verilmiş və adı çəkilən təyyarə bu çərçivədə Diyarbakır hava limanımıza 19 Mart 2011-ci il, axşam saatlarında eniş etmişdir.

Təyyarənin yükünün bu cür eniş zamanı hər vaxt tətbiq olunan yoxlaması zamanı təyyarədə İrana tətbiq olunan Birləşmiş Millətlər Təşkilatının sanksiyaları çərçivəsinə daxil olan qadağa edilən vəsaitlər tapılmış, təsbit edilmiş və sözügedən vəsait müsadirə olunmuşdur.

Təyyarənin, qadağa çərçivəsinə daxil olan vəsait olmadan İrana dönmək üçün bu gün Türkiyədən ayrılmasına icazə verilmişdir.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!