İranın ali dini lideri Novruz bayramını qeyd edən xalqları təbrik edib
ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İranın dini rəhbəri Novruz bayramı münasibəti ilə iranlıları və Novruz əziz tutan bütün xalqları təbrik edərək , öz önəmli müraciətlərində həmçinin Bəhreyn , Yəmən və Liviyada baş alıb gedən acı hadisələrə münasibət bildirib. Xameneyi vurğulayıb : "Bu acı macəralar bayramın şirinliyini azaldır və biz Ulu Tanrının bu xalqların problemlərini yoluna qoymasını arzulayırıq".
İranın birinci şəxsi müraciətinin digər hissəsində ötən ilki günəş ilinin adının əlavə səy və ikiqat əmək adlandırmasının səbəblərini açıqlayaraq, vurğulayıb : "Ötən il İran xalqı və hökumət rəsmilərinin əməlləri xeyli məhsuldar olmuşdur və il boyunca 89-cu günəş ilinin şüarı faktiki olaraq öz yerini tapdı".
İqtisadiyyat , siyasət , elm və texnologiya, xarici siyasət kursu eləcə də hökumət tərəfindən ünvanlı subsidiyalar sahəsində atılan addımları, xalq və hökumət rəsmilərinin əlavə səy və ikiqat əmək ilindəki həssas və önəmli addımları sayan Ayətullah əl-Üzma Xameneyi vurğulayıb ki: "Ölkənin inkişaf və tərəqqi tolunda başladığı hərəkət müsbət olub və inkişaf tempi günü-gündən sürətləndirilir".
İslam İnqilabı Rəhbəri önəmli müraciətlərinin digər hissəsində düşmənlərin embarqolarını nəticəsiz sayaraq, 1390-cu günəş ilində iqtisadi məsələləri ölkə məsələlərinin əsas cəhətləri qeyd edərək,deyib: "Mən ölkə rəsmiləri və İran xalqından müxtəlif bölmələrdə iqtisadi sahələrdə sıçrayışlı və cihad xarakterli hərəkətə keçmələrini gəzləyirəm".
İslam İnqilabının rəhbəri habelə İran İslam Respublikasının inkişafının 10-cu dekadasının 3-cü ilində ədalət meydanına qədəm qoymasına işarə edərək vurğulayıb : "Hərəkətimiz elə olmalıdır ki, bu 10 ili sözün əsil mənasında inkişaf və ədalətin mərkəzləşməsinin simvolu kimi qərar verək".
Ayətullah əl-Üzma Xameneyi habelə İslam dünyasındakı son hərəkətin formalaşmasına toxunaraq, xatırladıb: "Bu hərəkət , bu 10 illiyin region üçün də inkişaf və ədalət dekadası olacağını göstərir".