![](/up/news/article/flags/thumb_saudiarabia-flag.png)
Səudiyyə Ərəbistanın paytaxtı Riyadda daxili işlər nazirliyinin önündə nümayiş keçirilib
"Deyerler" "dunyabulteni"nə istinadən xəbər verir ki, nümayişçilər illərdir güc strukturları tərəfindən həbs olunmuş, lakin məhkəmə qarşına çıxarılmamış insanların azad olunmasını tələb etmişlər. 2 min polis və 200 polis avtomobili ilə mühafizə olunan nazirlik binasına girməyə çalışan nümayişçilərlə polis arasında toqquşma olub. Hadisə nəticəsində nümayişçilərdən bəziləri polis tərəfindən saxlanılıb. Həbs olunanların sayı barədə hələlik məlumat verilmir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında müxtəlif vaxtlarda hökumət əleyhinə çıxan insanlar həbs olunurlar. Onların üzərinə adətən "polisə müqavimət", "terrorçuluqda şübhəli" qismində həbs olunurlar.