Dünyada » Qəzzafinin qərərgahı vurulub

İnzibati bina dağıdılıb

Liviyanın paytaxtı Tripolidə beynəlxalq koalisiya qüvvələrinin hərbi hava qüvvələrinin zərbələri nəticəsində Müəmmar Qəzzafinin qərargahı ərazisindəki inzibati bina dağıdılıb. Həmin inzibati binanın Liviya liderinin qüvvələrinin komandanlıq mərkəzi kimi fəaliyyət göstərdiyi, ondan 50 metr aralıdakı qərargahda isə Müəmmar Qəddafinin adətən qonaqları qəbul etdiyi bildirilir. Üç mərtəbəli inzibati binanın yerləşdiyi ərazini toz bürüyüb. Binanın ön tərəfi tamamilə dağılıb. Xəsarət alanların olmadığı bildirilir. Aviazərbələrdən bir qədər sonra əraziyə Müəmmar Qəzzafinin tərəfdarları toplaşıb.

Liviya liderinin yeri isə məlum deyil. ABŞ silahlı qüvvələrinin qərargah rəislərinin birləşmiş komitəsinin nümayəndəsi Bill Qortni isə bildirib ki, Müəmmar Qəzzafi koalisiyanın hərbi əməliyyatlarının hədəfi deyil. Beynəlxalq koalisiya qüvvələri gecə boyu paytaxt Tripoli və digər iri şəhərlərdə digər obyektləri də hədəfə alıb. Tripolidə partlayış səsləri eşidilib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!