Analitika və müsahibə » Ayətullah Məkarim Şirazi Novruz bayramı haqqında
Ayətullah Məkarim Şirazi

Tanınmış mərceyi-təqlidin Novruz barədə nəzəri

313news.net: "Hədis külliyatlarında mövcud olan bəzi hədislərdən belə görünür ki, Novruz dini bayramdır. Amma bunu da qeyd etmək lazımdır ki, bu hədislərin nə dərəcədə mötəbər olması barəsində böyük şübhələr var. Ona görə də bu hədisləri tam doğru qəbul etmək lazım deyil. Novruz İslami köklərə malik olan və ya dini bayram deyil. Buna baxmayaraq Novruz bayramı İslam dövlətlərində yaşayan və qədimi günəş təqvimindən istifadə edən xalqların milli bayramıdır. Bu bayramı qeyd etmək bidət və haram sayılmır. Necə ki, Yeni il, analar günü, beynəlxalq qadınlar günü və s. digər ölkələrin milli bayramları bidət deyil. Qeyd edilən bayramlar ona görə bidət sayılmır ki, bu bayramlar İslama və şəriətə aid edilmir. Novruz İranda və digər ölkələrdə qeyd olunur və şiə müctehidləri buna normal münasibət göstərir. Bu bayramda Allaha dualar edilir, valideynlər və qohumlar ziyarət edilir (sileyi-rəhm,',0), küsülülər barışır, evlərdə təmizlik görülür və s. Lakin bəzi tonqaldan tullanmaya etiqad və s. kimi dinə zidd adətlərdən çəkinilməlidir." /Ayətullah Məkarimin dəftərxanası/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!