Analitika və müsahibə » Bəhreyndə baş verənlərə Qərbin təsiri var-Hacı Şahin Həsənli
Hacı Şahin Həsənli

"Məşhədi Dadaş" məscidinin imam-camaatı vəziyyəti şərh etdi

Artıq bir müddətdir ki, Bəhreyn xalqı mövcud rejimə qarşı etirazlara qalxıb. İlk vaxtlardan ölkə rəhbərliyi etirazçılara divan tutur. Ölkədə Əhli-beyt (ə) davamçılarına xüsusi amansızlıq göstərilir. Hətta nümayişçilərin üzərinə tank və vertoyotlarla hücumlar edilir. Ötən gün "İnci" meydanına toplaşmış nümayişçilər xüsusi amansızlıqla dağıdılıb. Hadisələr zamanı yüzlərlə insan şəhid olub və yaralanıb.

Məşhədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli "Deyerler.org"a açıqlamasında baş verənləri kəskin pisləyib: "İlk növbədə bu, beynəlxalq hüquq normalarının pozulmasıdır. Bütün dünyanın qarşısında bir dövlətin ərazisinə başqa bir dövlətin ordusu soxulur və dinc nümayiş keçirən vətəndaşlara qarşı zor işlədir, onları qan içində boğur. Mən burada Qərb dövlətlərinin təsirini vurğulamaq istəyirəm. Bu hadisəni Qərblə əlaqələndirməmək sadəlövlük olardı.

Bölgə xalqlarının azadlıq uğrunda mübarizəsini məzhəblərarası mübarizə kimi təqdim etmək cəhdləri ortadadır. Bəhreyndə insanlar digər ərəb ölkələrində olduğu kimi, azadlıq mübarizəsinə qalxıb. Amma buna məzhəblərarası münaqişə rəngi qatmaq cəhdləri edilir. Məncə beynəlxalq təşkilatlar bu addımı qətiyyətlə pisləməli və bu qeyri-qanuni və vəhşi əməllərin qarşısında sükut etməməlidirlər".

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!