Həmas İngiltərənin xarici işlər nazirinin son çıxışını tənqid edərək, bəyanat vermiş və bildirmişdir
İslami müqavimət hərəkatı olan Həmas, İngiltərənin xarici işlər naziri Uilyam Heyqin son çıxışını kəskin pisləmişdir. "Deyerler"in ABNA-ya istinadlı xəbərinə görə Həmas İngiltərənin xarici işlər nazirinin son çıxışını tənqid edərək, bəyanat vermiş və bildirmişdir: “Fələstinin İslami müqavimət hərəkatı seçkidə toplanan rəylərə və Fələstin xalqının istəyi ilə bu millətə rəhbərlik etmək haqqını qazanmışdır. Avropa Birliyi və ABŞ bu seçim ilə müxalifətlik etmiş və bu seçkinin nəticələrini qəbul etməmişdir”.
Bu hərəkat, İngiltərənin xarici işlər nazirinin çıxışını İngiltərə və Qərbin siyasətinin çıxışlmaz bir vəziyyətə düşməsi kimi qiymətləndirmiş və bunu onların vəzifələrindən qaçması hesab etmişdir.
Bu bəyanatda Həmas şəfaf seçkilərin keçirilməsini tələb etmişdir. Fələstin xalqına çətinliklər gətirəcək naqis seçkilərin deyil. İngiltərənin xarici işlər naziri Londonda Mahmud Abbas ilə keçirtdiyi iclasda Həması söz azadlığını aradan qaldırmaqda ittiham etmiş və seçkilərin sentyabr ayına qədər keçirilməsini xoş qarşılamışdır.
Bu o halda baş verir ki, Həmas seçkilərin milli təşkilatlar arasında keçiriləcəyini və nəticələrinin şəfaf olacağını elan etmişdi.