Əli Əkbər Haşimi Rəfsəncani artıq İranın Xobraqan məclisinə rəhbərlik etməyəcək
İslam-Azeri.az İnternet qəzetinin Press TV-yə istinadən verdiyi xəbərə görə, Rəfsəncani növbəti müddət üçün namizədliyini irəli sürməyib.
Xobraqan məclisinin yeni rəhbəri ayətullah Məhəmməd Riza Məhdəvi Kani seçilib. Onun namizədliyini məclisin 86 üzvündən 63-ü dəstəkləyib.
İranın Xobraqan məclisi nüfuzlu din xadimlərindən təşkil edilir və ölkənin xarici və daxili siyasətinin prioritet məsələlərini müəyyənləşdirir.
Rəfsəncani məclisə 2007-ci ildən rəhbərlik edib. O, 1989-1997-ci illərdə İranın prezidenti postunu tutub. 2005-ci ildəki seçkilərdə isə Mahmud Əhmədinejada məğlub olub.
Əli Əkbər Haşimi Rəfsəncani son zamanlar əsasən müxalifət düşərgəsində yer alıb və Əhmədinejad hakimiyyətini tənqid edib.