Son vaxtlar Ermənistan mətbuatında guya Çexiyanın “Sana Suafi” və “Çeşski dvur” adlı şirkətlərinin Dağlıq Qarabağda investisiya layihələri ilə maraqlanması və həmin şirkətlərin rəsmi nümayəndələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi barədə yayılmış məlumatlar Azərbaycanın Çexiyadakı səfirliyi tərəfindən araşdırılıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırmalar nəticəsində “Sana Suafi” adlı şirkətin ümumən Çexiyanın ticarət reyestrində qeydiyyatda olmadığı, özünü “Çeşski dvur” şirkətinin rəsmi nümayəndəsi kimi təqdim edən Senik Djulakyan adlı şəxsin isə bu şirkətdə çalışmadığı müəyyən olunub.
Bununla da, Ermənistan tərəfinin növbəti yalanı ifşa edilib.