Azərbaycan və MDB » İslam partiyası mitinq qərarı verib

Bunun üçün Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət olunacaq.

Azərbaycan İslam Partiyası Qarabağ probleminin həll edilməsi, ölkədə hökm sürən İslamafobiyanın aradan qaldırılması tələbi ilə və eyni zamanda  AİP sədri Mövsüm Səmədovla birgə digər  ruhanilərin qanunsuz həbsinə etiraz olaraq mitinq keçirməyi planlaşdırır. Bu barədə Faktxeber.com-a AİP Mətbuat Xidmətindən məlumat daxil olub.  Azərbaycan İslam Partiyasının Mətbuat Xidmətindən daxil olan məlumatda bildirilir ki, kütləvi tədbirin keçirilmə vaxtı və yeri, Bakı Şəhər İcra Hakimiyyətinə mitinqlə bağlı müraciətin cavabından sonra müəyyən olunacaq.

Qeyd edək ki, mövzu ilə bağlı Azərbaycan İslam Partiyasının sədri Elçin Manafovun da fikrini öyrəndik və yeni sədr məlumatı təsdiqlədi. “Bəli İslam Partiyası mitinq keçirməyi qərar alıb. Bununla bağlı ciddi hazırlıq işləri gedir. İndidən deyə bilərəm ki, mitinqdə 10 min insanın iştirakı gözlənilir. Çox güman ki, keçiriləcək mitinq geniş miqyaslı olacaq və konkret tələb və şüarlar səsləndiriləcək”-deyə AİP sədri Elçin Manafov əlavə edib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!