Liviya diktatoru Müəmmər Qəzzafinin doğma şəhəri olan Sirt şəhəri müxalifət tərəfdarlarının əlinə keçib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bir qədər əvvəl müxalifət qüvvələri bildiriblər ki, ölkənin şərqində yerləşən Əl-Lanuf neft mərkəzi də onların nəzarətindədir. Eyni zamanda üsyançılar hökumət qüvvələrinin Zaviyə şəhərinə hücumunu dəf edə biliblər.
Xatırladaq ki, Müəmmər Qəzzafinin hərbi qüvvələri tankların dəstəyi ilə şənbə günü üsyançıların nəzarətində olan Zaviyə şəhərinə hücuma ediblər. Verilən məlumata görə bu şəhər uğrunda döyüş zamanı 30 nəfər həlak olub. Bəzi mediada gedən xəbərlərə görə, üsyançılar hökumət qüvvələrinin bir qırıcı təyyarəsini vurublar.